PAYLAŞIN:

Misli Premyer Liqasının IV turunun oyunlarında futbolçuları sarı vərəqə limitini pozan 4 klubu AFFA İNtizam Komitəsi ümumilikdə 2 800 manat cərimələyib.

Paraqraf.com xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Sentyabrın 4-də keçirilən “Kəpəz”“Şamaxı” matçında gəncəlilərin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimələnib.

Sentyabrın 6-da baş tutan “Turan Tovuz”“Sumqayıt” görüşündə də analoji hal yaşanıb. Meydan sahiblərinin 5, sumqayıtlıların 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara 700 manat cərimə kəsilib.

 

Paraqraf.com 

Loading