26 Okt 2026, Be

Orxan Məmmədov Filipp Cuda ilə minifutbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparıb

PAYLAŞIN:

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filipp Cuda ilə görüşüb.

Paraqraf.com xəbər verir ki, AMF rəhbəri bu barədə X platformasında yazıb.

O, minifutbolun inkişafı, qarşıdakı layihələr və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıqlarını vurğulayıb:

“Minifutbolumuzun beynəlxalq arenada mövqeyinin daha da gücləndirilməsi istiqamətində əməkdaşlığımızı davam etdirəcəyik”.

 

Paraqraf.com

Loading