Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Rusiya “Çernomorsk” limanına hücum edib
DÜNYA

Rusiya “Çernomorsk” limanına hücum edib

27 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Rusiya Silahlı Qüvvələri aprelin 26-da Ukraynadakı “Çernomorsk” dəniz ticarət limanının infrastrukturuna hücum edib, nəticədə dənizə günəbaxan yağı dağılıb, ərazidə böyük ləkə yaranıb.

Paraqraf.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” ölkənin Cənub-Qərb dairəsinin dövlət ekoloji müfəttişliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“26 aprel 2026-cı il tarixində Çernomorsk şəhərinin atəşə tutulması nəticəsində “Çernomorsk” dəniz ticarət limanının infrastrukturu zədələnib. Yanğın zamanı 6 min ton tutumu olan günəbaxan yağı rezervuarı dağılıb”, – qeyd edilib.

Məlumata görə, suyun səthində ölçüsü təxmini 400-ün 200 metrə olan ləkə yaranıb. Hücumun nəticələrinin lokallaşdırılması aparılır.

Çirklənmə səviyyəsini müəyyən etməyə və dəyən ziyanı hesablamağa imkan verəcək laboratoriya tədqiqatları üçün dəniz suyundan nümunələr götürülüb.

Xatırladaq ki, Rusiya qoşunları aprelin 26-na keçən gecə Odessa vilayətinə zərbə pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində liman və logistika infrastrukturu obyektləri, anbar sahələri, texniki avadanlıqlar, yüklərin saxlanması üçün rezervuarlar, inzibati binalar və yük nəqliyyatı zədələnib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Paşinyan: Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək

Next

Yaponiya Baş naziri Hörmüzün bağlanması fonunda enerji resurslarına qənaət etməməyə çağırıb

Copyright 2026— Praqraf.com. All rights reserved