Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Fidan Hacıyevanın 50 illiyi 3 aylıq Opera Festivalı ilə qeyd olunacaq – VİDEO
MƏDƏNİYYƏTŞOU-BİZNES

Fidan Hacıyevanın 50 illiyi 3 aylıq Opera Festivalı ilə qeyd olunacaq – VİDEO

15 Avqust 2026
PAYLAŞIN:

Azərbaycan Respublikasının Xalq artisti, yarıməsrlik sənətkar ömrünün “Karmen”i, görkəmli opera sənətçisi Fidan Hacıyevanın 50 illik ömrünün və 30 illik sənət fəaliyyətinin yubileyi münasibətilə Azərbaycan opera tarixində ilk dəfə böyükmiqyaslı Opera Festivalına start verilir.

Paraqraf.com xəbər verir ki, sentyabrın 7-də başlayacaq və 3 ay davam edəcək bu möhtəşəm festival Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi, Xalq artisti Fidan Hacıyevanın iştirakı və Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə baş tutacaq. Bu tarixi sənət hadisəsi tək paytaxtla məhdudlaşmayacaq, ölkəmizin müxtəlif bölgələrini və bir sıra dünya ölkələrini əhatə edəcək. Festival müddətində təqdim olunacaq silsilə konsert proqramları ölkə sərhədlərini aşaraq Azərbaycan opera sənətinin zənginliyini nümayiş etdirəcək və sənətsevərlərin qəlbini fəth edəcək.

Bu möhtəşəm sənət proqramı çərçivəsində həmçinin istedadlı ifaçılara dəstək məqsədilə “Gənclərin səsi – gənclərə dəstək” adlı xüsusi konsert layihəsi də həyata keçiriləcək. Layihə gənc ifaçıların öz istedadlarını nümayiş etdirmələrinə, peşəkar səhnə təcrübəsi qazanmalarına və yaradıcılıq potensiallarını daha geniş auditoriyaya təqdim etmələrinə şərait yaradacaq.

Qeyd edək ki, üç ay davam edəcək Opera Festivalının möhtəşəm bağlanış mərasimi dekabrın 7-də Heydər Əliyev Sarayında Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi və Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək. Gecədə Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva İspaniyanın məşhur Flamenko Simfonik Orkestrinin müşayiəti ilə çıxış edəcək.

Bu festival yalnız bir sənətkarın yubileyinə həsr olunmuş tədbirlər silsiləsi deyil, həm də Azərbaycan opera sənətinin və musiqi mədəniyyətinin beynəlxalq səviyyədə təbliği, ölkəmizin zəngin sənət irsinin dünyaya təqdim olunması və gənc istedadlara dəstək baxımından əlamətdar sənət hadisəsi olacaq.

https://youtu.be/uCM9ecGmNKI?si=LA1qY5dQXoUe5vbe

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb

Next

Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirildi – FOTOLAR

Copyright 2026— Praqraf.com. All rights reserved