21 Sen 2026, Be

Futzal üzrə Azərbaycan I Liqasında üçüncü yer və final oyununun tarixi açıqlanıb

PAYLAŞIN:

Futzal üzrə Azərbaycan I Liqasında 3-cü yer və final oyununun tarixi müəyyənləşib.

Bu barədə Paraqraf.com-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Mövsümə mayın 7-də yekun vurulacaq. Həmin gün, saat 18:30-da “Olimpik Star”da “Baku Fire-2”“Xan Lənkəran” komandaları üçüncü yer uğrunda görüşə çıxacaqlar.

Saat 20:00-da isə PFL və “Star kargo” final matçında münasibətlərə aydınlıq gətirəcəklər.

 

Paraqraf.com 

Loading