20 Sen 2026, Bz

Azərbaycan minifutbol yığması Monteneqroya yollanıb

PAYLAŞIN:

Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun Hertseq Novi şəhərinə yollanıb.

Bu barədə Paraqraf.com-a Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.

Yığma Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını başa vurub. Komanda Avropa çempionatına hazırlıq planı çərçivəsində Monteneqronun Hertseq Novi şəhərinə yollanıb.

Elşad Quliyevin rəhbərlik etdiyi komanda burada keçiriləcək mini-turnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək

 

Paraqraf.com 

Loading