Dünən tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olundu.
Abituriyentləri indi isə qarşıdan gələn blok imtahanı gözləyir. Lakin blok imtahanının suallarının hansı səviyyədə olacağı həm valideynləri, həm də abituriyentləri düşündürür. Eyni zamanda, bu il hansı qruplarda balların artacağı da maraq doğurur.
Təhsil eksperti Səbuhi Abdullayev “Paraqraf.com”a bildirib ki, blok imtahanının səviyyəsinin bəlli olması üçün müəllimlər, ekspertlər və abituriyentlər “Abituriyent” jurnalına nəzər yetirməlidirlər:

“‘Abituriyent’ jurnalında nümunə suallar var və imtahan həmin sualların çətinlik səviyyəsindən çox ola bilməz. Yəni imtahanın hansı səviyyədə olacağını bu jurnal vasitəsilə müəyyən etmək mümkündür”.
O əlavə edib ki, həmişə III qrupda rəqabət daha çox olur:
“Lakin bu il I qrupa sənəd verənlərin sayı daha çoxdur. Bu da o deməkdir ki, I qrupda rəqabət daha yüksək olacaq, həmçinin bu qrupda balların artması gözləniləndir.
III qrupda hüquq, IV qrupda isə tibb ixtisası istiqamətində rəqabət olacaq”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
