20 Sen 2026, Bz

Bu ilin birinci rübündə 1300-ə yaxın əcnəbi Azərbaycanda daimi yaşamaq üçün müraciət edib

PAYLAŞIN:

Azərbaycanda bu ilin yanvar-mart aylarında 1279 əcnəbi Azərbaycan ərazisində daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib.

Bu barədə Paraqraf.com-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, müvafiq dövr ərzində daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edən əcnəbilər arasında Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları üstünlük təşkil edib.

 

Paraqraf.com 

Loading