Bu ilin yanvar-mart aylarında Azərbaycan 5 min 858 ton süd və qaymaq idxal edib.
Paraqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 10 milyon 386 min ABŞ dollar təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 531 ton (35 %), dəyər baxımından isə 3 milyon 945 min dollar (61 %) çoxdur.
Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.
3 ay ərzində Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.
Paraqraf.com
![]()
