Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Asiya ölkələrinin valyutaları Yaxın Şərq böhranı fonunda ucuzlaşır
İQTİSADİYYAT

Asiya ölkələrinin valyutaları Yaxın Şərq böhranı fonunda ucuzlaşır

23 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

İnkişaf etməkdə olan bazarlara malik olan Asiya ölkələrinin valyutaları ABŞ ilə İran arasında mümkün sazişlə bağlı nikbinliyin azalması fonunda ucuzlaşır.

Paraqraf.com xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalının məlumatında deyilir.

Bildirilib ki, İranla müharibə fonunda neftin bahalaşması bazarlarda qeyri-sabitliyi artırır. Bu səbəbdən İndoneziya rupisi ABŞ dolları qarşısında kəskin dəyər itirərək 17,315 səviyyəsinə düşüb və tarixi minimumu yeniləyib.

Asiya ölkələri, xüsusilə İndoneziya, Hindistan, Filippin və Tailand kimi xalis enerji idxalçıları İranla müharibə səbəbindən ciddi təzyiq altındadır. Hörmüz boğazının bağlanması, eləcə də ABŞ ilə İran arasında mümkün atəşkəslə bağlı davam edən qeyri-müəyyənlik qlobal neft qiymətlərini uzun müddət yüksək səviyyədə saxlayır.

Münaqişənin başladığı fevral ayının sonundan etibarən isə İndoneziya rupisi 3 %-dən çox dəyər itirərək bu il Asiyada Hindistan rupisindən sonra ən pis dinamikaya malik ikinci valyutaya çevrilib.

Aprelin 23-də Filippin pesosu isə ABŞ dolları qarşısında 60,524 səviyyəsinə qədər zəifləyib ki, bu da son iki həftənin ən aşağı göstəricisidir. Eyni zamanda, Tailand batı da ucuzlaşaraq 32,44 səviyyəsinə enib və aprelin 8-dən bəri minimumu yeniləyib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

SPECA iştirakçı dövlətləri Birgə Bəyanat qəbul ediblər

Next

Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci 61 % artırıb

Copyright 2026— Praqraf.com. All rights reserved