20 Sen 2026, Bz

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Andorra ilə üz-üzə gələcək

PAYLAŞIN:

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu bu gün keçirəcək.

Paraqraf.com xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda Andorra yığması ilə qarşılaşacaq.

Görüş Bakıdakı “Bank Respublika Arena”da, saat 17:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi hazırda 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 7, üçüncü sıradakı Şimali Makedoniyanın 3, dördüncü yerdəki Andorranın 1 xalı var.

Paraqraf.com 

Loading