20 Sen 2026, Bz

Premyer Liqa: “Şamaxı” “Karvan-Yevlax”la, “Qarabağ” “Sabah”la üz-üzə gələcək

PAYLAŞIN:

Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.

Paraqraf.com xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq “Şamaxı” səfərdə “Karvan-Yevlax”la üz-üzə gələcək. Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:30-da start götürəcək. Qonaqlar 32 xalla 8-ci, meydan sahibləri 11 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Günün ikinci matçında çempionluğa iddialı komandalar – “Qarabağ” “Sabah” münasibətlərə aydınlıq gətirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq. “Sabah” hazırda 66 xalla vahid liderdir. Rəqibindən bir oyun az keçirən “Qarabağ” 56 xalla ikinci sıradadır.

Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün “Turan Tovuz” “Araz-Naxçıvan”ı üç cavabsız qolla üstələyib. “Zirə”“Neftçi” matçında qalib müəyyənləşməyib – 1:1.

 

Paraqraf.com 

Loading