Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Həsən Məmmədov: “Trampın hakimiyyətdə olduğu müddətdə ABŞ-nin və İsrailin sərt siyasət kursu dəyişməyəcək”
MANŞETÖZƏL

Həsən Məmmədov: “Trampın hakimiyyətdə olduğu müddətdə ABŞ-nin və İsrailin sərt siyasət kursu dəyişməyəcək”

08 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Yaxın Şərqdə artan gərginlik, enerji təhlükəsizliyi ilə bağlı risklər və regional güc balansındakı dəyişikliklər fonunda İran və ABŞ arasında əldə olunan atəşkəs beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Hörmüz boğazının bağlanması ilə qlobal neft bazarlarında yaranmış təzyiq, böyük dövlətlərin prosesə qoşulması və diplomatik kanalların aktivləşməsi bu atəşkəsi təkcə regional deyil, həm də qlobal siyasi məsələ halına gətirib.

Bəs İran və ABŞ atəşkəsi uzunmüddətli sülhün başlanğıcı ola bilər, yoxsa müvəqqəti siyasi pauzadan başqa bir şey deyil?

Jurnalist, siyasi şərhçi Həsən Məmmədov “Paraqraf.com”a bildirib ki, ABŞ və İran arasında əldə olunan atəşkəs razılığı mahiyyət etibarilə müvəqqətidir:

“Çünki İranın uzun illərdir davam etdirdiyi antisemit və anti-imperialist mövqeyi, eləcə də regionda formalaşmış mürəkkəb geosiyasi dinamikalar bu atəşkəsin davamlı olmasına imkan vermir. Atəşkəs kağız üzərində müəyyən müddət üçün nəzərdə tutulsa da, real proseslərin gedişatı onun həmin müddətə qədər davam etməsini belə sual altına qoyur. Hava hücumları müəyyən qədər səngiyə bilər. Lakin bu, tərəflərin strateji mövqelərini dəyişmir”.

Siyasi şərhçi əlavə edib ki, məsələ təkcə enerji təhlükəsizliyi və Hörmüz boğazından keçmir:

“Bu daha geniş bir geosiyasi zəncirin tərkib hissəsidir. İsrailin bölgədə yürütdüyü aqressiv və ekspansionist siyasət, xüsusilə də Qəzzada davam edən humanitar fəlakət, Yəməndəki qarşıdurmalar, Suriya və Livanda apardığı hücumlar, regionda sabitliyin bərpasını mümkünsüz edir. Belə şəraitdə hər hansı razılıqdan və ya davamlı atəşkəsdən danışmaq real görünmür. Bu proseslərin fonunda İsrail yalnız ABŞ-nin təzyiqi ilə geri addım ata bilər. Lakin Tramp administrasiyası hakimiyyətdə olduğu müddətdə həm ABŞ-nin, həm də İsrailin sərt siyasət kursunun dəyişəcəyi ehtimalı çox zəifdir.

Davamlı razılığa yalnız o halda nail olmaq mümkündür ki, İran üzərindən bütün iqtisadi sanksiyalar götürülsün, İsrail işğal etdiyi ərazilərdən mərhələli şəkildə geri çəkilsin, İran nüvə proqramını dondurmaqla bağlı zəmanət versin, əsirlərin qarşılıqlı mübadiləsi reallaşsın və humanitar məsələlər kompleks şəkildə həllini tapsın.

Bu addımlar regionda sabitliyin bərpasına, enerji təhlükəsizliyinin təmininə və beynəlxalq bazarların sakitləşməsinə real töhfə verə bilər. Əks halda, münaqişə davam etdikcə neftin qiyməti yüksəlməyə davam edəcək. Dünya iqtisadiyyatında təzyiq artacaq və ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək”.

Həsən Məmmədovun sözlərinə görə, davam edən müharibə və genişlənən regional qarşıdurmalar ABŞ üçün milyardlarla dollarlıq əlavə yük yaratmaqda davam edəcək:

“Bütün bunları nəzərə aldıqda, mövcud atəşkəs daha çox müvəqqəti siyasi pauza təsiri bağışlayır və əsaslı transformasiya baş vermədən onun uzunömürlü olacağı real görünmür”.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Təhsildə tarixi addım: Filialların müstəqilliyi regional inkişafı sürətləndirəcək

Next

“Dövlətçilik yalnız texnologiya ilə deyil, institutlarla, hüquqla və məsuliyyətlə ayaqda qalır”

Copyright 2026— Praqraf.com. All rights reserved