Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Təhsildə tarixi addım: Filialların müstəqilliyi regional inkişafı sürətləndirəcək
MANŞETÖZƏL

Təhsildə tarixi addım: Filialların müstəqilliyi regional inkişafı sürətləndirəcək

08 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycanda ali təhsil sistemində aparılan islahatlar fonunda regionların inkişafı və təhsil imkanlarının genişləndirilməsi mövzusu getdikcə daha aktual olur. Paytaxtda universitetlərin həddən artıq cəmləşməsi, bölgələrdə isə ali təhsil müəssisələrinin məhdudluğu bu sahədə balansın pozulmasına səbəb olub. Bu baxımdan Şəki, Qazax və Cəlilabad kimi şəhərlərdə fəaliyyət göstərən filialların müstəqil universitet statusu alması ilə bağlı təkliflər geniş müzakirə edilir və ciddi maraq doğurur. Bu addım həm regionlarda təhsilin keyfiyyətinə, həm də sosial-iqtisadi inkişafa mühüm töhfə verə bilər. Bəs filialların müstəqil universitetlərə çevrilməsi bölgələrdə ali təhsilin inkişafına nə vəd edir?

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Paraqraf.com”a açıqlamasında bildirib ki, bu məsələ uzun illərdir gündəmdə olsa da, artıq təxirəsalınmaz mərhələyə çatıb:

“Bu gün Bakı tələbə şəhəri kimi tanınır, amma bu konsentrasiya paytaxtın infrastrukturuna yük salmaqla yanaşı, gənclərin təhsil və karyera planlarını da Bakıya yönləndirir. Filialların müstəqil universitet statusu alması sadəcə struktur dəyişikliyi deyil, regionların inkişafında dönüş yarada biləcək strateji addımdır.

Şəki, Qazax və ya Cəlilabadda fəaliyyət göstərən ali təhsil müəssisəsi müstəqillik qazandıqda idarəetmə daha çevik olur, büdcə və inkişaf strategiyası isə həmin bölgənin ehtiyaclarına uyğun formalaşdırılır. Məsələn, Cəlilabadda kənd təsərrüfatı və logistika üzrə ixtisaslaşma, Şəkidə turizm və humanitar sahələrdə inkişaf üçün real zəmin yaranır. Bu həm də “yaxşı təhsil yalnız Bakıda mümkündür” düşüncəsini dəyişəcək”.

Ekspertin sözlərinə görə, bu addım sosial ədalət baxımından da mühüm əhəmiyyət daşıyır:

“Regionların inkişafını istəyiriksə, təhsili yalnız diplomverici mexanizm kimi yox, həmin ərazinin sosial həyatının mərkəzinə çevirməliyik. Müstəqil universitet modeli professor-müəllim heyətinin bölgələrə axınını təmin edəcək ki, bu da mədəni mühitin və yerli iqtisadiyyatın canlanmasına səbəb olacaq. Bu addım bölgələrin intellektual müstəqilliyi üçün vacibdir.

Bundan başqa, illərdir müşahidə edirik ki, regionlardan Bakıya gələn istedadlı tələbələrin çoxu geri qayıtmır. Müstəqil universitetlərin yaradılması həmin gənclərə doğma yerdə qalmaq, elmi fəaliyyətlə məşğul olmaq və karyera qurmaq üçün real imkanlar açacaq”.

Ə.Həsənli hesab edir ki, müstəqil universitet yerli sənaye və iş dünyası ilə daha effektiv əməkdaşlıq qurur:

“Bu halda təhsil havadan asılı qalmır, birbaşa yerli bazarın tələbinə uyğun kadr hazırlığı aparılır. Bu isə məzunların işsizlik problemini azaltmağın ən real yollarından biridir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ankarada azərbaycanlı rəssamların “Suverenliyimizi qazandıran şanlı zəfər” adlı sərgisi keçirilir

Next

Həsən Məmmədov: “Trampın hakimiyyətdə olduğu müddətdə ABŞ-nin və İsrailin sərt siyasət kursu dəyişməyəcək”

Copyright 2026— Praqraf.com. All rights reserved