Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 1
  • Aprel döyüşləri: tarixi qələbənin başlanğıcı

Aprel döyüşləri: tarixi qələbənin başlanğıcı

admin 01 Aprel 2026 4 minutes read
-563ca5e0172806873671003930510153963
PAYLAŞIN:

On il əvvəl – 2016-cı ilin aprelində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı. Ordumuzun bölmələri əks-həmlə ilə bu təxribatların qarşısını qətiyyətlə aldı. Tarixə Aprel döyüşləri kimi düşən bu hərbi toqquşmalar bir neçə gün davam etdi.

Azərbaycan Ordusu bir sıra strateji yüksəklikləri və mövqeləri nəzarətə götürərək cəbhə xəttində mühüm taktiki üstünlük əldə etdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

Ümumilikdə, işğal dövründə Ermənistan silahlı qüvvələri mütəmadi təxribatlar törədərək regionda vəziyyəti gərginləşdirirdi. Lakin bu təxribatların qarşısı hər zaman vaxtında alınır, düşmən layiqli cavabını alırdı. Nəticəsiz danışıqlar və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “status-kvo”nu qoruyub saxlamaq cəhdləri təcavüzkar ölkəni yeni təxribatlara sövq edirdi. Bununla belə, rəsmi Bakının qətiyyəti və ordumuzun gücü bu vəziyyətin uzun müddət davam etməyəcəyini açıq şəkildə göstərirdi.

Aprel döyüşləri sübut etdi ki, vaxt Azərbaycanın xeyrinə işləyir. Ermənistan ordusu haqqında illərdir formalaşdırılan miflər darmadağın edildi. Ermənistanda hərbi-siyasi vəziyyət dəyişdi, ölkədaxili siyasi böhran dərinləşdi və bu proseslər sonrakı hadisələrə ciddi təsir göstərdi. Cəbhədəki itkilər və strateji mövqelərin itirilməsi hakimiyyətə qarşı narazılığı artırdı, orduda korrupsiya və zəif idarəetmə problemləri daha açıq müzakirə olunmağa başlandı. Nəticədə, ictimai təzyiq gücləndi və ölkədə siyasi dəyişikliklər baş verdi.

Döyüşlərin əsas strateji nəticələrindən biri Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini nümayiş etdirməsi oldu. Uzun illər ərzində həyata keçirilən hərbi islahatların real nəticəsi məhz bu qısamüddətli, lakin intensiv döyüşlərdə özünü göstərdi. Bu, həm Ermənistana, həm də onun havadarlarına verilmiş açıq mesaj idi.

Aprel döyüşləri bir daha göstərdi ki, mövcud vəziyyət dəyişməz deyil və hərbi-siyasi balans istənilən an dəyişə bilər. Əldə edilən strateji mövqelər Azərbaycana mühüm üstünlüklər qazandırdı, müşahidə və müdafiə imkanlarını genişləndirdi, gələcək əməliyyatlar üçün əlverişli şərait yaratdı.

Eyni zamanda, bu döyüşlər zamanı ordunun bütün strukturlarının real döyüş şəraitində sınaqdan keçirilməsi İkinci Qarabağ müharibəsinə hazırlıq baxımından mühüm əhəmiyyət kəsb etdi. Beləliklə, Aprel döyüşləri 4 il sonra qazanılan 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin başlanğıcı kimi mühüm strateji rol oynadı və gələcək proseslərin istiqamətini müəyyənləşdirdi.

Azərbaycan 30 illik işğala son qoyaraq 2020-ci ilin 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etdi, 2023-cü ilin sentyabrında keçirilən 23 saatlıq uğurlu antiterror əməliyyatları nəticəsində isə suverenliyini tam təmin etdi.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Loading

Visited 21 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Unudulmaz arix: 31 mart soyqırımı qurbanları anıldı – FOTOLAR
Next: Əli Əsədov: TDT-nin inkişaf səviyyəsi üzv ölkələrin dövlət başçılarının məqsədyönlü siyasətinin nəticəsidir

OXŞAR MÖVZULAR

df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026
02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

admin 23 Aprel 2026
bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.