Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Əli Əsədov: TDT-nin inkişaf səviyyəsi üzv ölkələrin dövlət başçılarının məqsədyönlü siyasətinin nəticəsidir
SİYASƏT

Əli Əsədov: TDT-nin inkişaf səviyyəsi üzv ölkələrin dövlət başçılarının məqsədyönlü siyasətinin nəticəsidir

02 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Türk Dövlətləri Təşkilatının bugünkü inkişaf səviyyəsi üzv ölkələrin dövlət başçılarının məqsədyönlü siyasətinin və qətiyyətli iradəsinin nəticəsidir.

Paraqraf.com xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemi bu gün mürəkkəb sınaqlarla üz-üzədir:

“Dünyanın müxtəlif bölgələrində münaqişələrin dərinləşməsi, təhlükəsizlik risklərinin artması, logistika zəncirlərində pozuntular, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar dövlətlərarası əməkdaşlığın aktuallığını daha da artırır. Xüsusilə son zamanlar regionda müşahidə olunan gərginlik və artan eskalasiya şəraitində qarşılıqlı həmrəylik və koordinasiya olduqca böyük əhəmiyyət kəsb edir. Belə mürəkkəb şəraitdə Türk Dövlətləri Təşkilatı geniş coğrafiyada sülhün, sabitliyin, inkişafın və qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə töhfə verən mühüm beynəlxalq platformadır.

Türk Dövlətləri Təşkilatının bugünkü inkişaf səviyyəsi üzv ölkələrin dövlət başçılarının məqsədyönlü siyasətinin və qətiyyətli iradəsinin nəticəsidir. Məhz onların ardıcıl səyləri təşkilat çərçivəsində əməkdaşlığın ildən-ilə daha da dərinləşməsini və türk dünyasında həmrəyliyin möhkəmlənməsini təmin edən əsas amildir”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Aprel döyüşləri: tarixi qələbənin başlanğıcı

Next

Ötən il Azərbaycanın TDT ölkələri ilə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artıb

Copyright 2026— Praqraf.com. All rights reserved