Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Qobu Parkda Zəfər Bayramı qeyd olundu – şəhid ailələri və qazilər bir arada
ÖZƏL

Qobu Parkda Zəfər Bayramı qeyd olundu – şəhid ailələri və qazilər bir arada

09 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

8 Noyabr – Zəfər Bayramı münasibətilə Qaradağ rayonunda yerləşən, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı Qobu Park yaşayış kompleksində “Zəfərin mübarək, Azərbaycan!” adlı bayram tədbiri keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, müharibə veteranları və Qobu Park sakinləri iştirak ediblər. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub.

Tədbiri giriş sözü ilə MKS-in rəisi Azər Həziyev açaraq bildirib ki, bu gün Azərbaycan xalqı 30 illik həsrətin sonuna – torpaqlarımızın azad olunmasına şahidlik edir:

“Bu qələbəni bizə yaşadan, bu sevinci bizə bəxş edən Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və onun ətrafında bir yumruq kimi birləşən qəhrəman ordumuzdur,” – deyə Azər Həziyev vurğulayıb.

Daha sonra mühəndis Rüfət Quliyev, sahə nəzarətçisi Hümmət Həziyev və Şaiq Mehdiyev çıxış edərək qeyd ediblər ki, Azərbaycanın igid oğulları 44 gün ərzində göstərdikləri rəşadət və igidliklə tarix yazdılar. Onlar təkcə torpaqları azad etmədilər, həm də xalqımızın qürurunu, birliyini və mərdliyini bütün dünyaya nümayiş etdirdilər.

Tədbirdə çıxış edən şəhid övladları Əflatun Zeynalov və Şaiq Mehdiyev atalarının döyüş yolundan danışaraq, onların həyatının gənc nəsil üçün bir qəhrəmanlıq məktəbi olduğunu vurğulayıblar.

Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədr müavini Hümmət Həziyev çıxışında şəhid ailələrini Zəfər Bayramı münasibətilə təbrik edib, şəhidlərin göstərdiyi qəhrəmanlığın xalqımız üçün qürur mənbəyi olduğunu bildirib.

Tədbir zamanı həmçinin Əliyev Rafiq Rasim oğlunun əməyi xüsusi qeyd olunub. O, şəhid plakatlarının və bayraqların asılmasında, ərazinin səliqə-sahmanla hazırlanmasında böyük fəallıq göstərib. Gecəsini gündüzünə qataraq yorulmadan şəhid plakatlarının qayğısına qalır.

Qobu Park yaşayış kompleksinin sakinləri tədbirdə fəal iştirak edərək şəhidlərimizə olan hörmət və ehtiramlarını ifadə ediblər.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Təhsil sistemi dəyişməsə, gənclər işsiz qalacaq” – Ekspert ciddi xəbərdarlıq etdi!

Next

Bu konsertdə hər şey xeyirxahlıq üçündür!

Copyright 2026— Praqraf.com. All rights reserved