Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Bu konsertdə hər şey xeyirxahlıq üçündür!
ÖZƏL

Bu konsertdə hər şey xeyirxahlıq üçündür!

09 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Noyabrın 16-da Huma Quşu Təhsilə Yardım Fondunun təşkilatçılığı ilə “Səsimiz səsindir, Humay!” adlı növbəti xeyriyyə axşamı keçiriləcək.

Tədbir Bakı Musiqi Akademiyasının Opera Studiyasının konsert salonunda baş tutacaq. Gecədə xalq artisti, Şöhrət və Şərəf ordenli xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə zəngin konsert proqramı təqdim olunacaq.

Səhnədə tarda xalq artisti Elçin Həşimov, kamanda əməkdar artist Elnur Əhmədov, Qarabağ muğam qrupu, Muğam Televiziya Müsabiqəsinin qalibləri — əməkdar artistlər Təyyar Bayramov, Arzu Əliyeva, eləcə də Aytən Məhərrəmli, Güllü Muradova, Ayşən Mehdiyeva, Günay İmamverdiyeva çıxış edəcəklər.

Konsertdə həmçinin tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə Muğam instrumental ansamblı və kaman ustası Təbriz Yusifov iştirak edəcək.

Sənət axşamı çərçivəsində rəsm əsərlərindən ibarət sərgi-satış da təşkil olunacaq.

Xeyriyyə axşamında iştirak etmək üçün biletləri iTicket.az saytından və ya satış məntəqələrindən əldə etmək mümkündür.

Unutmayın: Hər bilet bir arzunu qanadlandırır! 
Bilet və rəsm satışından əldə olunan vəsait aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə yönəldiləcək.

https://paraqraf.com/wp-content/uploads/2025/11/Видео-WhatsApp-2025-11-09-в-17.56.38_514e76e7.mp4

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qobu Parkda Zəfər Bayramı qeyd olundu – şəhid ailələri və qazilər bir arada

Next

Meltem Hayırlı Bakıda konsert proqramı ilə çıxış edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved