PAYLAŞIN:

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın “Rosatom” şirkətinin baş direktoru Aleksey Lixaçovu axtarışa verib.

Paraqraf.com xəbər verir ki, bu barədə TASS qurumun məlumat bazasına istinadən bildirib.

Aleksey Lixaçov 2024-cü ildə axtarışa verilib. Ona qarşı şərti olaraq Ukraynanın ərazi bütövlüyünə qəsd etmək ittihamı irəli sürülüb.

“Rosatom”un baş direktoru həmçinin Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına da daxil edilib. 2014-cü ildən tərtib olunan “Mirotvorets” portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.

Paraqraf.com

Loading