Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ukraynada atışma: Federasiya Prezidenti öldürülüb
DÜNYA

Ukraynada atışma: Federasiya Prezidenti öldürülüb

27 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

Ukraynanın Krivoy Roq şəhərində atışma baş verib. Hadisə zamanı yerli Sambo Federasiyasının prezidenti Yevgeni Ponırkonun həlak olduğu bildirilir.

Paraqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “24” telekanalı Dnepropetrovsk vilayətinin polisinə istinadən məlumat verib.

“Krivoy Roqun Pokrovski rayonunda qətl hadisəsi baş verib. Qətlin qurbanı yerli Sambo Federasiyasının prezidenti Yevgeni Ponırko ola bilər. Daha bir nəfər yaralanıb”, – deyə telekanalın saytında yerləşdirilən məlumatda qeyd edilib.

Şahidlər yeddi atəş səsi eşitdiklərini deyiblər. Yaralanan kişi isə xəstəxanaya yerləşdirilsə də, vəziyyəti ilə bağlı təfərrüat məlum deyil.

Hadisə yerinə əməliyyat-istintaq qrupu və ekspertlər gəlib.

Atəş açanın şəxsiyyəti hələ müəyyən edilməyib və şəhərdə operativ “Siren” planı elan edilib. Dnepropetrovsk Vilayət Prokurorluğu qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açıldığını elan edib.

Eyni zamanda, Dnepropetrovsk vilayətinin polisi öz “Telegram” kanalında paylaşım edib.

“Krivoy Roq polisi Pokrovski rayonunda baş verən qətl hadisəsi yerində işləyir. İlkin məlumata görə, naməlum şəxs yerli sakinə atəş açıb. Kişi aldığı yaralardan yerindəcə həyatını itirib. Daha bir nəfər yaralanıb. Hazırda cinayəti törədən şəxsin müəyyən edilməsi istiqamətində ilkin istintaq tədbirləri davam etdirilir”, – deyə paylaşımda bildirilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan Nyu-Yorkda neçə saziş imzalayıb ?

Next

Ukrayna “Rosatom”un baş direktoru Aleksey Lixaçovu axtarışa verdi

Copyright 2026— Praqraf.com. All rights reserved