Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Haber Global”: “İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib”
CƏMİYYƏT

“Haber Global”: “İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib”

27 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

“27 sentyabr – türk dünyası üçün qürur günüdür. Şəhidlərimizin xatirəsini ehtiramla yad etdiyimiz Vətən müharibəsinin 5-ci ildönümüdür. 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağın və ətraf bölgələrinin azad edilməsi üçün başlayan savaşdan beş il keçdi”.

Paraqraf.com xəbər verir ki, bu barədə “Haber Global”ın yayımladığı videosüjetdə bəhs edilir.

Məlumata görə, 27 sentyabr Anma Günü çərçivəsində Ankarada anım mərasimi keçirilib.

“Beş il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhə xəttindəki hərbi təxribatlarına cavab olaraq, sürətli əks-hücum əməliyyatına başladı. 27 sentyabr Qarabağ müharibəsinin gedişatını dəyişdirən tarixi dönüş nöqtəsi hesab olunur. Müharibə 44 gün davam etdi və Azərbaycan 2 908 şəhid verdi”, – deyə materialda bildirilib.

Azərbaycanın Ankaradakı səfirliyi İkinci Qarabağ müharibəsinin başlanmasının beşinci ildönümü münasibətilə paytaxtda anım proqramı təşkil edib. Mərasimdə emosional anlar yaşanıb.

Türkiyə-Azərbaycan Dostluq Vəqfinin İdarə Heyətinin sədri, professor Aygün Attar da tədbirdə çıxış edib.

“Şəhidlərin xatirəsini əbədi olaraq yad etmək hamımızın insani borcudur”, – deyə o qeyd edib.

Anım tədbiri İkinci Qarabağ müharibəsini əks etdirən fotosərgiyə baxışla yekunlaşıb.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ukrayna “Rosatom”un baş direktoru Aleksey Lixaçovu axtarışa verdi

Next

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

Copyright 2026— Praqraf.com. All rights reserved