Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Anladım. Tanıdım. Yaşadım” – Fazil Mustafadan yeni kitab
CƏMİYYƏT

“Anladım. Tanıdım. Yaşadım” – Fazil Mustafadan yeni kitab

25 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan ictimai-siyasi fikir həyatında özünəməxsus yeri olan millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, fəlsəfə doktoru Fazil Mustafanın yeni kitabı çıxıb. “Anladım. Tanıdım. Yaşadım” adlı bu əsər müəllifin həm öz yaşam təcrübəsini, həm də milli-mədəni düşüncə axtarışlarını əhatə edir.

Əkbər Qoşalı və Nərgiz Cabbarlının redaktorluğu ilə “AVE Print”də gün üzü görən nəfis kitab, müəllifin müxtəlif vaxtlarda qələmə aldığı esselərdən ibarətdir. Burada Fazil Mustafanın oxuduğu, öyrəndiyi, tanıdığı və birgə mübarizə apardığı şəxsiyyətlər haqqında düşüncələri təqdim olunur. Əsər xatirə və publisistik mətnlər toplusu olmaqla yanaşı, həm də düşüncə panoramı, millət və cəmiyyət fəlsəfəsinin aydın mənzərəsidir.

Kitab üç əsas bölmədən ibarətdir:

“Anladım” – müəllifin tarixdə və mədəniyyətdə dərin iz qoymuş şəxsiyyətlər haqqında esseləri;

“Tanıdım” – müəllifin şəxsən tanış olduğu və yaxından müşahidə etdiyi ədiblər, sənətkarlar, ictimai-siyasi və dövlət xadimləri ilə görüşləri, fikir mübadilələri;

“Yaşadım” – Fazil Mustafanın öz həyat yoluna, ideoloji mövqeyinə və mənəvi dünyasına səmimi baxışıdır. Müəllif son bölümdə özünə belə bir sual ünvanlayır: “Xeyirli ömür yaşadımmı?” – və “Yaşadım” deyə cavab verir.

“Anladım. Tanıdım. Yaşadım” bir müəllifin şəxsi təəssüratlarının toplusu olmaqla yanaşı, Azərbaycançılıq ideyasının, milli kimlik və mədəni yaddaşın, insan ömrünün fəlsəfi dəyərinin bədii-fəlsəfi ifadəsidir. Kitab oxucunu həm tarixin dərslərini anlamağa, həm çağdaş dönəmin insanlarını tanımağa, həm də öz ömrünü yaşamağa sövq edir. Fazil Mustafanın yeni kitabı özünü və millətini dərk etmək istəyən oxucular üçün düşüncə, yaddaş kitabı kimi xarakterizə oluna bilər.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rektor Anar Eminov MDU-nun sonuncu kurs tələbələri ilə görüşüb

Next

Daha bir yerüstü stansiya tikiləcək

Copyright 2026— Praqraf.com. All rights reserved