Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Rektor Anar Eminov MDU-nun sonuncu kurs tələbələri ilə görüşüb
ELM VƏ TƏHSİL

Rektor Anar Eminov MDU-nun sonuncu kurs tələbələri ilə görüşüb

25 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov bakalavriat səviyyəsi üzrə sonuncu kursda təhsil alan tələbələrlə görüşüb. Görüşün əsas məqsədi tələbələrin istehsalat təcrübəsi prosesinə, tədris nailiyyətlərinə və gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparmaq olub. Rektor çıxışında istehsalat təcrübəsinin tələbələrin nəzəri biliklərini praktik bacarıqlara çevirməsində mühüm rol oynadığını vurğulayıb. O, qeyd edib ki, universitet rəhbərliyi tələbələrin təcrübə müddətində qarşılaşa biləcəkləri çətinliklərin aradan qaldırılması və onlara zəruri dəstəyin göstərilməsi üçün müvafiq tədbirlər görür.

Rektor, həmçinin universitetin yaxın gələcəkdə qarşıya qoyduğu hədəf və məqsədlər barədə məlumat verib. O, MDU-nun beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, tədris prosesində müasir texnologiyaların tətbiqi, elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılması və tələbə mərkəzli yanaşmanın daha da gücləndirilməsini prioritet istiqamətlər kimi təqdim edib.
Çıxışında tələbə gənclərin təhsilin növbəti pillələrində – magistratura və doktorantura səviyyələrində də təhsillərini davam etdirmələrinin vacibliyinə diqqət çəkən rektor vurğulayıb ki, müasir dövrdə hər bir gəncin peşəkar inkişafı, ölkənin sosial-iqtisadi həyatında fəal iştirakı üçün davamlı təhsil mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan MDU-nun məzunlarının ölkənin və regionun elmi, təhsil və əmək bazarına layiqli töhfələr verəcəyinə əminliyini bildirib.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, onların təklif və iradları diqqətlə dinlənilib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

SON DƏQİQƏ! Koronavirusun yeni ştamı yayılır

Next

“Anladım. Tanıdım. Yaşadım” – Fazil Mustafadan yeni kitab

Copyright 2026— Praqraf.com. All rights reserved