PAYLAŞIN:

Metronun “Dərnəgül” elektrik deposunun ərazisində yerüstü stansiya inşa ediləcək.

“Paraqraf.com” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yerüstü stansiya metronun Yaşıl xəttinə aid olacaq: “Stansiya xüsusi qrafiklə işləyəcək və şərti olaraq “Dərnəgül deposu” adlandırılıb. Stansiya 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək”, – B.Məmmədov əlavə edib.

Qeyd edək ki, daha əvvəl “Bakmil”“Xocəsən” yerüstü stansiyaları inşa olunmuşdu.

Loading