Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Yaponiya Yaxın Şərqdəki böhranın başlanğıcından bəri ilk dəfə Azərbaycandan neft alacaq
İQTİSADİYYAT

Yaponiya Yaxın Şərqdəki böhranın başlanğıcından bəri ilk dəfə Azərbaycandan neft alacaq

11 May 2026 1 Min Read
PAYLAŞIN:

Yaponiya Yaxın Şərqdə eskalasiya başlayandan bəri ilk dəfə Azərbaycan neftinin partiyasını alacaq.

Paraqraf.com-un “Reuters”ə istinadən verdiyi məlumata görə, Azərbaycan nefti ilə tanker artıq çərşənbə axşamı Yokohama limanına çatmalıdır.

Bu, Hörmüz boğazı vasitəsilə tədarüklərdəki fasilələr fonunda baş verəcək.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, yük Yaponiyanın Eneos şirkəti üçün nəzərdə tutulub.

Nazirliyin böhranın idarə edilməsi üzrə baş direktorun müavini Narumi Hosokava bildirib ki, bu, Yaxın Şərqdə münaqişə başlayandan bəri Azərbaycandan Yaponiyaya ilk neft tədarükdür.

Fevralın sonunda İrana qarşı Amerika-İsrail hərbi kampaniyası başlamazdan əvvəl Yaponiyanın neft idxalının təxminən 95%-i Yaxın Şərq ölkələrinin payına düşürdü.

Lakin Hörmüz boğazından gəmiçiliyin bloklanmasından sonra Tokio alternativ tədarük mənbələri axtarmağa məcbur olub.

Nəşr həmçinin qeyd edir ki, Yaponiyanın neft emalı zavodları tarixən Yaxın Şərq neftinin emalına yönəlib, lakin ölkə artıq idxalı şaxələndirməyə başlayıb.

Azərbaycandan başqa, Yaponiya ABŞ-dən neft alışlarını artırıb, həmçinin sanksiya istisnası tətbiq olunan Rusiyanın “Saxalin-2” layihəsindən xammal idxal edib.

2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Yaponiya Rusiya neftinin idxalını faktiki olaraq dayandırıb və Moskvaya qarşı sanksiyalara qoşulub.

Yaxın Şərqdən tədarük kəsirini kompensasiya etmək üçün Tokio həmçinin strateji neft ehtiyatlarından istifadə etməyə başlayıb.

8 may tarixinə olan məlumata görə, Yaponiyada neft ehtiyatları daxili istehlakın 205 gününü əhatə edirdi.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan Türkiyədən maşın hissələri və komponentləri idxalı xərcini 7 %-ə yaxın azaldıb

Next

Növbəti iki gündə rayonlarda yağıntı intensivləşəcək, dolu düşəcək

Copyright 2026— Praqraf.com. All rights reserved