20 Okt 2026, Ça

Növbəti iki gündə rayonlarda yağıntı intensivləşəcək, dolu düşəcək

PAYLAŞIN:

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında mayın 12-14-də günün ikinci yarısında hava şəraitinin arabir yağıntılı gözlənilir.

Paraqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

 

Paraqraf.com 

Loading