Son illərdə dünyada baş verən silahlı münaqişələr göstərir ki, müharibələr artıq yalnız ağır texnikanın gücü ilə deyil, texnologiyanın imkanları ilə müəyyən olunur. Xüsusilə döyüş meydanında yeni reallıqları ortaya çıxarıb. Bir zamanlar müharibələrin əsas simvolu hesab olunan tanklar artıq əvvəlki qədər “məğlubedilməz” görünmür. Pilotsuz uçuş aparatlarının, dəqiq idarə olunan raket sistemlərinin və müasir kəşfiyyat texnologiyalarının geniş tətbiqi ağır zirehli texnikanın rolunu ciddi şəkildə sual altına qoyur.
Politoloq Əziz Əliyev “Paraqraf.com”a açıqlamasında bildirib ki, müasir savaşlarda tankların əvvəlki üstünlüyü zəifləyib:

“Çünki tanklar döyüş meydanında gözlənilən effektivliyi tam şəkildə göstərə bilmədi. Bu gün daha ucuz başa gələn dronlar həm istehsal, həm də tətbiq baxımından daha sərfəli hesab olunur. Müasir raket sistemlərinin inkişafı fonunda baha başa gələn ağır zirehli texnikalara böyük vəsait ayırmaq əvvəlki qədər effektiv görünmür. Artıq 5-10 min manatlıq dronların milyonlarla dəyəri olan tankları sıradan çıxarması mümkündür. Hazırda sürü halında istifadə olunan dronların dövrü başlayır və müharibə nəzəriyyələri də dəyişir. Bununla belə, bu, tankların tamamilə sıradan çıxması demək deyil. Çünki müəyyən hərbi əməliyyatlarda onların istifadəsi hələ də mümkün və zəruri hesab olunur”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
