Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İran Yaxın Şərqdə ABŞ-nin təxminən 230 hərbi obyektinə və texnikasına zərbə endirib
DÜNYA

İran Yaxın Şərqdə ABŞ-nin təxminən 230 hərbi obyektinə və texnikasına zərbə endirib

07 May 2026 1 Min Read
PAYLAŞIN:

İran ABŞ və İsraillə müharibənin başlanğıcından bəri Yaxın Şərqdə ABŞ-nin 228 hərbi obyekti və texnikasına zərbələr endirib.

Paraqraf.com-un “The Washington Post” qəzetinə istinadən verdiyi məlumata görə, bu, Vaşinqton administrasiyasının etiraf etdiyindən xeyli çoxdur.

Nəşrin məlumatına görə, müharibənin 28 fevralda başlamasından bəri İranın zərbələri anqarlara, kazarmalara, yanacaq saxlama məntəqələrinə, təyyarələrə, eləcə də bölgədəki Amerika obyektlərindəki radarlara, rabitə və hava hücumundan müdafiə sistemlərinə endirilib.

Hücum təhlükəsi səbəbindən bəzi bazalar normal fəaliyyət göstərmək üçün çox təhlükəli hesab edilib və bundan sonra ABŞ komandanlığı əksər şəxsi zərbə görən ərazidən geri çəkib.

“The Washington Post” qəzeti İranın hərbi peyk məlumatlarını Avropa Kopernik Proqramı peyk sisteminin məlumatları və Planet Labs şirkətinin görüntüləri ilə müqayisə edib. Təhlillər nəticəsində məlum olub ki, ABŞ-nin 15 hərbi obyektində 217 tikili və 11 ədəd avadanlıq ciddi şəkildə zədələnib və ya məhv edilib.

ABŞ ordusunun məlumatına görə, münaqişə başlayandan bəri yeddi ABŞ hərbçisi həlak olub – altısı Küveytdə, biri isə Səudiyyə Ərəbistanında. Eyni zamanda 400-dən çox əsgər yaralanıb, onlardan ən azı 12-sinin vəziyyəti ağırdır.

Ekspertlər bildirirlər ki, zərbələr ABŞ-ın İranın imkanlarını və Amerika bazalarının müasir dron müharibəsinə kifayət qədər hazır olmadığını göstərir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Dünya Seriyası: “Neftçi”nin 3×3 basketbol komandası ilk oyunda qələbə qazanıb

Next

Şimali Koreya nüvə silahı ilə bağlı heç bir öhdəliyinin olmadığını bəyan edib

Copyright 2026— Praqraf.com. All rights reserved