20 Okt 2026, Ça

Dünya Seriyası: “Neftçi”nin 3×3 basketbol komandası ilk oyunda qələbə qazanıb

PAYLAŞIN:

“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsinə qələbə ilə start verib.

Paraqraf.com xəbər verir ki, “ağ-qaralar” B qrupunda Polşa yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb – 22:13.

“Neftçi” bu gün Çin millisi ilə də üz-üzə gələcək.

Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.

 

Paraqraf.com 

Loading