Ukrayna Rusiyanın ərazisindəki iki obyektə – Orskdakı “Orsknefteorqsintez” neft emalı zavoduna və Perm diyarında “Transneft” şirkətinin sənaye obyektinə hücum edib.
Paraqraf.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Məlumata görə, aprelin 29-u səhər saatlarında Orskda Ukraynanın pilotsuz uçuş aparatları (PUA) “Orsknefteorqsintez” neft emalı zavoduna hücum edib. Şəhərdən Ukrayna ilə sərhədə qədər məsafə 1400 kilometrdən çoxdur. Hücumun nəticələri barədə təfərrüatlar açıqlanmır.
Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan “Orsknefteorqsintez” zavodunda ildə 6 milyon tona yaxın neft emal edilir. Orsk meri Artyom Vorobyov hücumu təsdiqləyib və sakinləri küçələrə çıxmamağa çağırıb.
Bundan başqa, Permə də PUA hücumu olub. Yerli hakimiyyət orqanları sənaye meydançalarından birinə zərbə endirildiyini və yanğın baş verdiyini bildirib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, yanğın “Transneft” neft kəməri şirkətinin obyektində baş verib.
Perm diyarının qubernatoru Dmitri Maxonin hücumu təsdiqləyərək bildirib ki, pilotsuz uçuş aparatı Perm bələdiyyə dairəsindəki sənaye sahəsinə düşüb. İşçilər təxliyə edilib, xəsarət alan yoxdur, obyektdə yanğın baş verib.
Paraqraf.com
![]()
