Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Rusiya Ukraynanın beş vilayətinə zərbə endirib: ölən və yaralananlar var
DÜNYA

Rusiya Ukraynanın beş vilayətinə zərbə endirib: ölən və yaralananlar var

29 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Rusiya ordusu Ukraynanın Xarkov, Xerson, Odessa, Sumı və Zaporojye vilayətlərinə hücum edib, nəticədə 1 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.

Paraqraf.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyalarının (VHA) rəhbərləri məlumat verib.

Xarkov Vilayət Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, gecə saatlarında Rusiyanın pilotsuz uçuş aparatları Xarkova və onun ətraf ərazilərinə hücum edib. Nəticədə səkkiz nəfər xəsarət alıb.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin hücum nəticəsində yeddi nəfərin yaralandığını bildirib.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, Rusiya qoşunları vilayətin cənubuna kütləvi hücum həyata keçirib. Nəticədə yanğınlar baş verib, mülki infrastruktura ziyan dəyib, iki nəfər xəsarət alıb.

Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov Rusiya qoşunlarının regionun mülki infrastrukturuna hücum etdiyini bildirib. Yanğınlar baş verib, bir nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun verdiyi məlumata görə, sutka ərzində Rusiya qoşunları vilayətin 43 yaşayış məntəqəsinə 800-dən çox atəş açıb, nəticədə üç nəfər xəsarət alıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ukrayna Orskdakı neft emalı zavoduna və “Transneft”in Permdəki obyektinə hücum edib

Next

İran ABŞ-ni “dövlət piratçılığında” ittiham edib

Copyright 2026— Praqraf.com. All rights reserved