20 Okt 2026, Ça

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” oyunu ilə yarımfinal mərhələsi başlayır

PAYLAŞIN:

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.

Paraqraf.com-un məlumatına görə, raundun ilk matçında PSJ Fransada Almaniyanın “Bavariya” komandasını qəbul edəcək.

Qarşılaşma “Park de Prens” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi isveçrəli Sandro Şerer olacaq.

Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.

Xatırladaq ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. “Atletiko” İspaniyada İngiltərənin “Arsenal” kollektivi ilə üz-üzə gələcək.

 

Paraqraf.com 

Loading