Skip to content
28 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 28
  • Mingəçevirdə “Prezident Kuboku 2026” reqatasının rəsmi açılış mərasimi keçiriləcək

Mingəçevirdə “Prezident Kuboku 2026” reqatasının rəsmi açılış mərasimi keçiriləcək

admin 28 Aprel 2026 2 minutes read
2d6pur0uOdp8XHocXVABvZ0YwosMlVBq5o6CuzZT_1200
PAYLAŞIN:

Bu gün Mingəçevirdə “Prezident Kuboku 2026” beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçiriləcək.

Paraqraf.com xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə reqatasının paradı və açılış mərasimi baş tutacaq.

Saat 14:00-dan 15:00-dək təşkil olunacaq parad zamanı əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər.

Daha sonra iştirakçı komandaların Heydər Əliyev prospekti boyunca keçidi olacaq.

Saat 19:00-dan etibarən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi keçiriləcək. Tədbir zəngin bədii proqramla davam edəcək. Tamaşaçılara müxtəlif rəqs və musiqi nömrələri, eləcə də xüsusi şou proqramlar təqdim olunacaq.

Tədbir atəşfəşanlıqla yekunlaşaraq Mingəçevir səmasında bayram abu-havası yaradacaq.

Qeyd edək ki, yarışa ötən gün Ağdərədə – Sərsəng su anbarında start verilib. “Prezident Kuboku 2026” beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.

Reqataya mayın 1-də yekun vurulacaq.

 

Paraqraf.com 

Loading

Visited 5 times, 5 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: FHN Cəlilabadda mülki müdafiə təlimi keçirib
Next: UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” oyunu ilə yarımfinal mərhələsi başlayır

OXŞAR MÖVZULAR

CDxz0HKHreSRdoT2Tq31MeLIlfjUGknnkUmd247n_1200

Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək

admin 28 Aprel 2026
ebjJKFXHGyJGEcPgMXCitKMhxz9f7zyn3tIwLGpk_1200

“Zirə” Premyer Liqada səfərdə 50-ci heç-heçəsinə imza atıb

admin 28 Aprel 2026
Lj8rmWej6Hhnkh03ozUcoDr2tz5czeO69M5msQr7_1200

“Qarabağ” 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb

admin 28 Aprel 2026

XƏBƏR LENTİ

Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb KNewb9dwY3CdGtxDc8XSedCJU54KQQGhNhRzZebj_1200

Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb

28 Aprel 2026
Azərbaycan I rübdə dövlət zəmanətli borcunun məbləğini 35 %-ə yaxın azaldıb dFIQtBexO8mJJ9JDBoPNobpXmtI23W8vNUoryVeg_1200

Azərbaycan I rübdə dövlət zəmanətli borcunun məbləğini 35 %-ə yaxın azaldıb

28 Aprel 2026
Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb 5KmA0MQFpPaziQcMhh0M11BR4eBqQlZ3KldR0kZ4_1200

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

28 Aprel 2026
Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib 8VChGVL6NQqw0Pxj2BLpI2r60yD1neTGm98jkkfu_1200

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

28 Aprel 2026
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb d4fc6917-f48c-33e3-bbc3-bd2fb9e8c12e_1200

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

28 Aprel 2026
Sabah hava yağıntılı olacaq – PROQNOZ sUg7nNMfefQu80tYITOB03FijPRPo7ozOr7Xq5em_1200

Sabah hava yağıntılı olacaq – PROQNOZ

28 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.