Skip to content
27 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 27
  • FIFA-nın dəstəyi ilə Lənkəranda qızlar üçün futbol festivalı keçirilib

FIFA-nın dəstəyi ilə Lənkəranda qızlar üçün futbol festivalı keçirilib

admin 27 Aprel 2026 2 minutes read
JwBH1zQoqNBav0qtcLN6agTUEcjGglDieRmYj3M0_1200
PAYLAŞIN:

AFFA-nın təşkilatçılığı və FIFA-nın dəstəyi ilə “FIFA Women”s Development Programme” çərçivəsində 8-10 yaşlı qızlar üçün futbol festivalı keçirilib.

Paraqraf.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutan tədbirdə 63 qız iştirak edib.

Proqram çərçivəsində iştirakçılar üçün sadə futbol məşqləri, estafet oyunları və əyləncəli fəaliyyətlər təşkil olunub. Həmçinin milli komandanın futbolçuları ilə fotozona yaradılıb və məşqçilər tərəfindən topla ilkin davranış qaydaları göstərilib. Qızlar həm əyləniblər, həm də futbol bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Tədbirdə AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov, Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, assosiasiya nümayəndələri, qadınlardan ibarət milli komandaların məşqçiləri və oyunçuları iştirak ediblər. Millinin üzvü Mədinə Curuqova festivalın gənc səfiri seçilib.

İştirakçılar AFFA tərəfindən idman geyimi, toplar və gödəkçələrlə təmin olunublar. Bu cür festivalların gələcəkdə də davamlı keçirilməsi planlaşdırılır. Layihənin təşkilində əsas məqsəd qızlar arasında sağlam həyat tərzini təşviq etmək, futbola marağı artırmaq, gələcəkdə onları liqalara və milli komandalara hazırlamaqdır.

 

Paraqraf.com 

Loading

Visited 3 times, 3 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
Next: Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

OXŞAR MÖVZULAR

ru8NAIIQrmoecs5FhKaxlpaD68hfuW2tJ5vCAmpa_1200

Futzal üzrə Azərbaycan I Liqasında üçüncü yer və final oyununun tarixi açıqlanıb

admin 27 Aprel 2026
qt232wucoY3QuqOAdYohZCmYIkUGCi44iOw5GBRc_1200

Azərbaycan minifutbol yığması Monteneqroya yollanıb

admin 27 Aprel 2026
9J7sKghmw8g37B7x5TgRmMDkH3EM2IKB4s1zrjxV_1200

Dünya Badminton Federasiyası oyun formatında əsaslı dəyişikliyə imza atıb

admin 27 Aprel 2026

XƏBƏR LENTİ

Bakı və Kiyev arasında əməkdaşlıq genişlənir WhatsApp Image 2026-04-27 at 16.00.41

Bakı və Kiyev arasında əməkdaşlıq genişlənir

27 Aprel 2026
Azərbaycan tibbi turizm xəritəsində mövqeyini gücləndirir: “Medical Tourism: InfoTour & Networking” layihəsinin növbəti mərhələsi keçirilib WhatsApp Image 2026-04-25 at 18.58.14

Azərbaycan tibbi turizm xəritəsində mövqeyini gücləndirir: “Medical Tourism: InfoTour & Networking” layihəsinin növbəti mərhələsi keçirilib

27 Aprel 2026
Nikita Xruşşovın Qarabağla bağlı mübahisəli fikri: tarixi kontekst və yanaşmalar 1550578644uz-x

Nikita Xruşşovın Qarabağla bağlı mübahisəli fikri: tarixi kontekst və yanaşmalar

27 Aprel 2026
Xəyal Rza Göyçayda yol qəzasına düşüb – FOTOLAR 681732447_26835406246079576_1307282747188104900_n

Xəyal Rza Göyçayda yol qəzasına düşüb – FOTOLAR

27 Aprel 2026
İndoneziyada mülki əhali ilə polis arasında toqquşmalar baş verib Q6ja5ALXaveJfpu38B7GzdZoCuY1WFVrZvkxVfRx_1200

İndoneziyada mülki əhali ilə polis arasında toqquşmalar baş verib

27 Aprel 2026
Yaponiya Baş naziri Hörmüzün bağlanması fonunda enerji resurslarına qənaət etməməyə çağırıb dYqfNwjI37Iy5jq4tnGbHK4NSeBbgm1txjxQ3Sjq_1200

Yaponiya Baş naziri Hörmüzün bağlanması fonunda enerji resurslarına qənaət etməməyə çağırıb

27 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.