Skip to content
29 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 27
  • Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

admin 27 Aprel 2026 2 minutes read
tRG4uJPMfwjTGRvBpZLGiMUOY2PWMRvJghUKmE7V_1200
PAYLAŞIN:

Boks üzrə Azərbaycan millisi Braziliyanın Fos-du-İquasu şəhərində keçirilmiş Dünya Kubokunda komanda hesabında ikinci olub.

Bu barədə Paraqraf.com-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

49 ölkədən 400 idmançının qatıldığı yarışda Azərbaycan millisi tarixi nəticəyə imza atıb. Komanda Dünya Kubokunda ilk dəfə 3 qızıl və 1 bürünc medal qazanıb.

Finalda Sübhan Mamedov (50 kq) İssam Bensayar (Mərakeş) ilə döyüşüb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və qızıl medala yiyələnib.

Məhəmməd Abdullayev (+90 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə Davit Çaloyana (Ermənistan) gücünü göstərib. Rəqibini 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən Abdullayev komandanın üçüncü qızıl medalını rəsmiləşdirib və Braziliyada üçüncü dəfə Azərbaycan himnini səsləndirib.

Millinin heyətində final mərhələsinin ilk sessiyasında Səidcəmşid Cəfərov (75 kq) Dünya Kubokunun qalibi olub, daha öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.

Beləliklə, 3 qızıl və 1 bürünc medal qazanan kişilərdən ibarət millimiz Dünya Kubokunu komanda hesabında ikinci yerdə başa vurub. Yarışa 6 kişi boksçu ilə qatılan yığmamızı ev sahibləri yalnız gümüş medal hesabına qabaqlayıb.

Qeyd edək ki, boksçular Vətənə aprelin 29-da qayıdacaqlar.

 

Paraqraf.com 

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sərsəng su anbarında “Prezident Kuboku 2026” beynəlxalq reqatası başlayır
Next: Taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək

OXŞAR MÖVZULAR

IIWFu1rnV9q2iZdifM9gYxWVKced0dWHz8HOztc6_1200

UEFA Çempionlar Liqası: PSJ öz meydanında “Bavariya”nı məğlub edib

admin 29 Aprel 2026
CDxz0HKHreSRdoT2Tq31MeLIlfjUGknnkUmd247n_1200

Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək

admin 28 Aprel 2026
ebjJKFXHGyJGEcPgMXCitKMhxz9f7zyn3tIwLGpk_1200

“Zirə” Premyer Liqada səfərdə 50-ci heç-heçəsinə imza atıb

admin 28 Aprel 2026

XƏBƏR LENTİ

UEFA Çempionlar Liqası: PSJ öz meydanında “Bavariya”nı məğlub edib IIWFu1rnV9q2iZdifM9gYxWVKced0dWHz8HOztc6_1200

UEFA Çempionlar Liqası: PSJ öz meydanında “Bavariya”nı məğlub edib

29 Aprel 2026
Avstraliyada təyyarə anqara çırpılıb, ölən və yaralananlar var Y73vubTnK2clFWAuqsQoRRCrB8ov66Dmsfrv1wbQ_1200

Avstraliyada təyyarə anqara çırpılıb, ölən və yaralananlar var

29 Aprel 2026
III Çarlz: Ukraynanın bizim güzəştsiz dəstəyimizə ehtiyacı var OdYHJS2Mh1iZNU84nTHk9udiUtjRVDOzdNaLdZgA_1200

III Çarlz: Ukraynanın bizim güzəştsiz dəstəyimizə ehtiyacı var

29 Aprel 2026
Ukrayna Qafqaz ölkələri ilə “dron müqavilələri” həyata keçirir dA3kbjfuwnnVwtGIMCMLN7yh6KD8s5pHpr6gFKkH_1200

Ukrayna Qafqaz ölkələri ilə “dron müqavilələri” həyata keçirir

29 Aprel 2026
“Hizbullah” Livanda İsrailin “Hermes 900” PUA-sını vurub e3QM443tKEcUYzGFqpYCY1yovknXfBae0JVpsAzN_1200

“Hizbullah” Livanda İsrailin “Hermes 900” PUA-sını vurub

29 Aprel 2026
Liviyada insan alverçilərinə ağır cəza verilib rJJY4VmANkn1RRQ1XaddpywY52ipO6zi8uX1dik6_1200

Liviyada insan alverçilərinə ağır cəza verilib

29 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.