Skip to content
28 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 27
  • Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

admin 27 Aprel 2026 3 minutes read
67yCe9xObJL822ZppcQYcO71SdNdVCPsSBYkslEr_1200
PAYLAŞIN:

Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan Prezidenti İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib.

Paraqraf.com xəbər verir ki, bu barədə Babiş “Facebook”da yazıb.

“Mən bundan sonra da ölkələrimiz arasındakı münasibətləri inkişaf etdirmək niyyətindəyəm və məmnuniyyətlə Prezident İlham Əliyevi xanımı ilə birlikdə Çexiyaya səfər etməyə dəvət etdim”, – o yazıb.

Babiş qeyd edib ki, yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevə Avropa İttifaqından (Aİ) kənara ilk səfərinin Azərbaycana olacağına söz verib və bu vədini yerinə yetirə bildiyindən məmnunluğunu bildirib.

“Dostluq xarakterli və ən əsası, çox konkret danışıqlara görə təşəkkür edirəm. Ölkələrimiz arasında möhkəm əlaqələr və ticarət əməkdaşlığı üçün böyük potensial mövcuddur”, – o vurğulayıb.

Baş nazirin sözlərinə görə, tərəflər qaz tədarükü üzrə uzunmüddətli müqavilənin bağlanmasına olan marağı vurğulayaraq, digər sahələrdə də əməkdaşlığı genişləndirməyə hazır olduqlarını ifadə ediblər. O qeyd etdi ki, danışıqlarda “ČEZ” (Çexiyanın ən böyük enerji şirkəti) şirkətinin nümayəndələri iştirak edir və bu prosesin uğurla başa çatacağına əminliyini bildirib.

O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev enerji və sənaye qarşılıqlı fəaliyyətinin inkişafına diqqət yetirəcək hökumətlərarası iqtisadi komissiyanın yaradılması təşəbbüsü ilə çıxış edib. Çexiya tərəfindən ona sənaye və ticarət naziri Karel Havliçek, Azərbaycan tərəfindən isə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edəcək.

Bundan əlavə, tərəflər Karlovı Varı hava limanının inkişafı, habelə Çexiya şirkətləri ilə əməkdaşlıq da daxil olmaqla, bir sıra konkret layihələri müzakirə ediblər. Babiş əlavə edib ki, Çexiya müdafiə müəssisələri artıq Azərbaycana əhəmiyyətli tədarükçülərdir.

 

Paraqraf.com 

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Next: Türkiyənin Quru Qoşunları komandanı Azərbaycanda rəsmi səfərdədir

OXŞAR MÖVZULAR

yxLiFr2vPzdQ4lgA7euPTKm8oK8XMeM3p5qeteal_1200

Azərbaycanda “TurAz Qartalı – 2026” birgə taktiki-uçuş təlimi başlayıb

admin 27 Aprel 2026
k9uOXrtybBc4CmNtJywiAa1L1Hd09B7G4DgUBWvZ_1200

Azərbaycan Prezidenti: Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq

admin 27 Aprel 2026
rH9p4I1rpaqIBsWkO9WH4MyHjEVUtv0JmJkHCJTG_1200

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib

admin 27 Aprel 2026

XƏBƏR LENTİ

Azərbaycanda “TurAz Qartalı – 2026” birgə taktiki-uçuş təlimi başlayıb yxLiFr2vPzdQ4lgA7euPTKm8oK8XMeM3p5qeteal_1200

Azərbaycanda “TurAz Qartalı – 2026” birgə taktiki-uçuş təlimi başlayıb

27 Aprel 2026
Gələn ildən 11-ci sinif şagirdləri buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaq q5qxAU6143tObjcxY8VGOSeRQRKj8ClyEi1tllaL_1200

Gələn ildən 11-ci sinif şagirdləri buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaq

27 Aprel 2026
Ağstafada 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb D2XH1VXq8FoNT0tVDDovRZKdtVDV6e9I3cv1rHEQ_1200

Ağstafada 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb

27 Aprel 2026
Pəncərə silən 41 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq ölüb 13lWTUgsTFWejtFWkbdkQYgVoXQ7BRpidFKqHRBQ_1200

Pəncərə silən 41 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq ölüb

27 Aprel 2026
Göygöldə 62 yaşlı qadın dəm qazından boğularaq ölüb ebeba082-7958-3a8c-93f0-7d2409440699_1200

Göygöldə 62 yaşlı qadın dəm qazından boğularaq ölüb

27 Aprel 2026
Bakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq qH70K3H62n61uHLiz8XfevGHDJguZUsUV6oq2eOC_1200

Bakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

27 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.