Skip to content
27 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 26
  • Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb

Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb

admin 26 Aprel 2026 5 minutes read
Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200
PAYLAŞIN:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlayıb.

Paraqraf.com xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli dostlar,

Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm.

Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir. Bu mükafatın 26 aprel – Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi rəmzi məna daşıyır. 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilmiş amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrdən biridir. Hesab edirəm ki, dinc insanlara qarşı istənilən cinayət bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlir. Gernika şəhərinin bu ağrı-acısını bölüşür, qurbanların əziz xatirəsini dərin ehtiramla yad edirəm.

Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır.

30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq.

2025-ci ilin avqustunda Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanmış, eyni zamanda Birgə Bəyannamə imzalanmışdır. Bununla da üç onillik ərzində davam edən münaqişə tamamilə sona çatmış, xalqlarımız üçün sülhün, barışığın, qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyulmuşdur.

Hazırda Azərbaycan bu yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Biz eyni zamanda sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətə çevirmək üçün addımlar atırıq və artıq hər iki cəmiyyətimiz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Bu gün artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir.

İki ölkə arasında etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olmasında mühüm rol oynayır. Dövlət səviyyəsində atılan addımlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri arasında mütəmadi görüşlər bu prosesə müsbət töhfəsini verir.

Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür.

Hörmətli dostlar,

“Sülh və Barışıq üçün Gernika mükafatı” yalnız artıq əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir.

Bu mükafata görə bir daha təşəkkürümü ifadə edir, sülh, dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram”.

 

 

Paraqraf.com 

Loading

Visited 2 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ baş verib
Next: Prezident İlham Əliyev: Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıdıb

OXŞAR MÖVZULAR

CYQ4r6Bqh1Z9mY6Wta2piPoJe7nDnPKpSCLPDdDC_1200

Azərbaycan Almaniyada beynəlxalq incəsənət sərgisində təmsil olunur

admin 25 Aprel 2026
jqqyC9xrSpLDtUJPGGJdxXs3hSTVZ0M1W08Yn7A7_1200 (1)

Bu gündən Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb

admin 25 Aprel 2026
67206691-efa0-3e28-84f2-17909a9d4439_1200 (1)

Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib

admin 25 Aprel 2026

XƏBƏR LENTİ

Azərbaycan hərbçiləri “EFES-2026” təlimində iştirak üçün Türkiyəyə yola düşüblər 7cbYnDmx9Iqjg4ENnkRLNck3PiwCoiMIZJjyYLbU_1200

Azərbaycan hərbçiləri “EFES-2026” təlimində iştirak üçün Türkiyəyə yola düşüblər

26 Aprel 2026
Prezident İlham Əliyev: Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıdıb 1777186788_ilham_aliyev_musahibe

Prezident İlham Əliyev: Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıdıb

26 Aprel 2026
Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb

26 Aprel 2026
Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ baş verib mNHd4gCBGoxqrJyKiZVgWDPTof7J74B6K5yInlis_1200

Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ baş verib

26 Aprel 2026
Azərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurublar vhk99zR1uYkuwh3Dhzq1LA07ouLdlJ2wczLEKOQV_1200

Azərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurublar

26 Aprel 2026
Premyer Liqa: “Qarabağ” “Neftçi”ni məğlub edib n5N5Y8OIWC7XvMpHjFoEpinvmmAfYIo7pCwQ4zca_1200

Premyer Liqa: “Qarabağ” “Neftçi”ni məğlub edib

26 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.