20 Sen 2026, Bz

Premyer Liqa: “Şamaxı” “Kəpəz”i məğlub edib

PAYLAŞIN:

Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

Paraqraf.com-un məlumatına görə, günün ilk matçında “Şamaxı” “Kəpəz”i qəbul edib.

Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:0.

68-ci dəqiqədə Rikardo Apolinario, 75-ci dəqiqədə Andrey Tirkoveanu fərqlənib.

Qələbə sayəsində xallarının sayını 35-ə çatdıran “Şamaxı” 8-ci pillədə qərarlaşıb. “Kəpəz” 21 xalla onuncudur.

Günün ikinci matçında “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək.

Ötən gün “Sumqayıt” “İmişli”ni iki cavabsız qolla üstələyib. “Qəbələ” “Araz-Naxçıvan” oyununda qalib müəyyənləşməyib – 1:1.

 

 

Paraqraf.com 

Loading