20 Sen 2026, Bz

Goranboyda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb

PAYLAŞIN:

Goranboy rayonunda yeniyetmə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Paraqraf.com-un məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində, dəmiryol vağzalında baş verib.

İlkin ehtimala görə, qatarın üzərinə çıxan 2014-cü il təvəllüdlü S. Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.

 

Paraqraf.com 

Loading