20 Sen 2026, Bz

Gəncədə zəncirvari qəza baş verib, xəsarət alanlar var

PAYLAŞIN:

Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Paraqraf.com-un məlumatına görə, hadisə Cavad xan qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai”, “Opel” “VAZ-2104” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza zamanı xəsarət alan bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading