20 Sen 2026, Bz

Avarçəkənlərimiz “Paolo d”Aloja” turnirində iki medal qazanıb

PAYLAŞIN:

Akademik avarçəkmə üzrə gənclərdən ibarət yığma komandamız “Paolo d”Aloja” xatirə turnirində uğurlu çıxış edib.

Paraqraf.com xəbər verir ki, təmsilçilərimiz İtaliyada təşkil olunan reqatada iki medal qazanıb.

Nurlan Paşayev – Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yeri tutub.

 

Paraqraf.com 

Loading