20 Sen 2026, Bz

“Abşeron Lions” Azərbaycan Basketbol Liqasında finala vəsiqə qazanıb

PAYLAŞIN:

“Abşeron Lions” Azərbaycan Basketbol Liqasında finala vəsiqə qazanıb.

Paraqraf.com-un məlumatına görə, komanda buna yarımfinal mərhələsinin ikinci oyununda “Neftçi”ni məğlub etməklə nail olub.

Bakı İdman Sarayında reallaşan qarşılaşma 90:81 hesabı ilə bitib.

İlk görüşdə də “Abşeron Lions” qalib gəlib – 95:89.

Beləliklə, komanda finalda “Sabah”a rəqib olub.

 

Paraqraf.com 

Loading