Rumıniya ərazisinə daxil olan pilotsuz uçuş aparatlarının (PUA) qalıqları Qalats şəhərində elektrik dirəyini və yaşayış evinin bir hissəsini zədələyib.
Paraqraf.com xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, hadisə aprelin 25-nə keçən gecə Rusiyanın Ukrayna ərazisinə hücumu fonunda baş verib. Zərbələrdən sonra dronun qalıqları Rumıniyanın cənub-şərq hissəsinə düşüb.
“PUA-nın qalıqları cənub-şərqdə, Rumıniyanın Qalats şəhərində aşkar edilib. Elektrik dirəyi və evin əlavə tikilisi zədələnib”, – məlumatda vurğulanıb.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
