20 Sen 2026, Bz

Azərbaycanın U-20 millisi Qəbələdə təlim-məşq toplanışını davam etdirir

PAYLAŞIN:

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdə təlim-məşq toplanışı davam edir.

Paraqraf.com xəbər verir ki, hazırlıq prosesi Qəbələ şəhər stadionunda təşkil olunur.

Oyunçular portuqaliyalı baş məşqçi Ruy Jorjenin rəhbərliyi ilə müxtəlif təmrinləri yerinə yetirirlər.

Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.

 

Paraqraf.com 

Loading