Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycan TDT nəqliyyat nazirlərinin 9-cu iclasında təmsil olunub
İQTİSADİYYAT

Azərbaycan TDT nəqliyyat nazirlərinin 9-cu iclasında təmsil olunub

25 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Bişkekdə keçirilmiş “Qırğızıstan – regional qovşaq: qitələri birləşdirərək” adlı Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) nəqliyyat nazirlərinin 9-cu iclasında iştirak edib.

Bu barədə Paraqraf.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, tədbirdə ölkəmizi nazir müavini Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil edib, beynəlxalq logistika zəncirlərində baş verən dəyişikliklər, alternativ nəqliyyat marşrutlarının artan əhəmiyyəti, həmçinin Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edilib ki, Orta Dəhliz regionlar arasında dayanıqlı və şaxələndirilmiş nəqliyyat əlaqələrinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması məqsədilə inzibati prosedurların sadələşdirilməsi, tələblərin uyğunlaşdırılması və mövcud infrastruktur maneələrinin aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Səfər çərçivəsində, həmçinin Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Durmuş Ünüvar ilə ikitərəfli görüş keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan martda əhəng daşı istehsalını 63 % artırıb

Next

Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib

Copyright 2026— Praqraf.com. All rights reserved