20 Sen 2026, Bz

Azərbaycan gips və anhidrit istehsalını 53 %-dən çox artırıb

PAYLAŞIN:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 178,1 min ton gips və anhidrit istehsal edilib.

Paraqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,4 % çoxdur.

Bu il aprelin 1-nə ölkədə 105,1 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 623 min ton gips və anhidrit istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 9,1 % çoxdur.

 

Paraqraf.com 

Loading