20 Sen 2026, Bz

Alyaska sahillərində 6 bal gücünə yaxın zəlzələ baş verib

PAYLAŞIN:

Alyaska yaxınlığında, Aleut adaları ərazisindəki Sakit okean akvatoriyasında 5,6 maqnitudalı yeraltı təkan qeydə alınıb.

Paraqraf.com xəbər verir ki, bu barədə yerli media Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialının məlumatlarına istinadən bildirib.

ABŞ Geoloji Xidməti maqnitudanı bir qədər aşağı – 5,4 olaraq qiymətləndirib.

Episentrdəki təkanların intensivliyi çox güclü olaraq xarakterizə olunur.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

 

Paraqraf.com 

Loading