Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Qarabağ”ın 9 oyunluq “Sabah” sindromu: Mircavadov Bakı klubunun yüksəlişini sevindirici hal sayır
İDMAN

“Qarabağ”ın 9 oyunluq “Sabah” sindromu: Mircavadov Bakı klubunun yüksəlişini sevindirici hal sayır

24 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

“Qarabağ” klubu Misli Premyer Liqası və Azərbaycan Kuboku da daxil olmaqla ardıcıl 9 oyundur ki, “Sabah”ı məğlub edə bilmir.

Paraqraf.com-un araşdırmasına görə, Ağdam təmsilçisinin sonuncu qalibiyyəti 2024-cü ilin sentyabrında qeydə alınıb.

Həmin vaxt “Sabah”ın baş məşqçisi xorvatiyalı Krunoslav Renduliç idi. “Köhlən atlar” sözügedən görüşdə 3:2 hesablı qələbəyə seviniblər.

Həmin qarşılaşmadan sonra ağdamlıların bu rəqiblə duellərdə qələbəsiz oyunlar seriyası başlayıb. 2024-cü ilin noyabrında “bayquşlar”ın baş məşqçi təyin olunan Vasili Berezutski də “Qarabağ”a uduzmayıb. Komandaların 2024/2025 mövsümündə Misli Premyer Liqasında ardıcıl üç oyunu 1:1 hesabı ilə başa çatıb.

“Sabah” həmin mövsümdə, Azərbaycan Kubokunun final matçında rəqibinə əlavə vaxtda qalib gələrək (3:2) ilk dəfə titula sahib çıxıb.

2025/2026 mövsümünə Valdas Dambrauskasla başlayan “Sabah” litvalı mütəxəssisin rəhbərliyi altında da məğlubiyyətlə üzləşməyib. Komanda Misli Premyer Liqasının I (2:1) və XXVIII (1:0) turunda qələbə qazanıb. XXII turda isə qollu heç-heçə qeydə alınıb – 3:3. Azərbaycan Kubokunun yarımfinalında keçirilmiş ilk görüşdə tərəflər heç-heçəyə (2:2) razılaşıblar. Cavab qarşılaşmasında “Sabah” sevinən tərəf olub – 2:1.

Beləliklə, “Qarabağ” ardıcıl 9 oyundur ki, “Sabah”ı məğlun edə bilməyib.

Azərbaycan millisinin sabiq baş məşqçisi, “Şöhrət” ordenli Ağasəlim Mircavadov hər iki komandanın son mövsümdə parlaq oyun sərgilədiyini söyləyib:

“Sabah”ın tarixi elə də böyük deyil. Məhz bu qısa müddətdə belə klub formalaşdırmaq asan başa gəlmir. Amma sağ olsunlar, belə yaxşı futbol sərgiləyən komanda qurublar. “Qarabağ”la da başabaş mübarizə aparırlar, çempionata rəng qatıblar Bu, Premyer Liqamız üçün çox sevindirici haldır. Uğurlu çıxışı Avropada da davam etdirmək lazımdır”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanın beş sərbəst güləşçisi Tiranadakı Avropa çempionatında mübarizəyə başlayır

Next

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb

Copyright 2026— Praqraf.com. All rights reserved