Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Moskvada “Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb
DÜNYA

Moskvada “Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb

24 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada “Roskomnadzor” rəhbərliyinə qarşı terror aktı hazırlayan yeddi nəfərin saxlanıldığını bildirib.

Paraqraf.com-un məlumatına görə, bu barədə “İnterfaks” FTX-nin mətbuat xidmətinə istinadən xəbər verir.

“18 aprel 2026-cı il tarixində “Roskomnadzor” rəhbərlərinə qarşı partlayıcı qurğudan istifadə etməklə avtomobilin partladılması yolu ilə planlaşdırılan terror aktının qarşısı alınıb”, – FTX-nin İctimai Əlaqələr Mərkəzindən bildiriblər.

Xüsusi xidmət orqanının məlumatına görə, Moskva, Ufa, Novosibirsk və Yaroslavlda yeddi nəfər saxlanılıb.

Axtarışlar zamanı kütləsi 1 kq olan əldəqayırma partlayıcı qurğular, F-1 qumbarası, səssiz atəş üçün uyğunlaşdırılmış PM tapançası, iki qaz tapançası, rabitə vasitələri və sair müsadirə edilib.

Saxlanılanlar barəsində silah və partlayıcı qurğuların qanunsuz dövriyyəsinə dair maddələr üzrə cinayət işləri başlanıb, “onların terror aktına hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll olunur”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Britaniya Fransaya təxminən 890 milyon dollar ödəyəcək

Next

İspaniyanın NATO-dakı üzvlüyü müvəqqəti dayandırıla bilər

Copyright 2026— Praqraf.com. All rights reserved