Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 24
  • Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb

Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb

admin 24 Aprel 2026 2 minutes read
fxlFyRewGbdWxqy2mbtO1EPbISkwX0WIGIp33V0o_1200
PAYLAŞIN:

Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi üzrə əməliyyatda iştirak etmiş ABŞ xüsusi təyinatlı qüvvələrinin hərbi qulluqçusu onlayn mərc platformasında 400 min dollardan çox gəlir əldə etmək üçün missiya barədə məxfi məlumatlardan istifadə etməkdə ittiham olunur.

Paraqraf.com “Associated Press” (AP) agentliyinə istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun federal prokurorluğu məlumat yayıb.

“Qennon Ken Van Dayk 2026-cı ilin yanvarında Maduronun ələ keçirilməsi əməliyyatına cəlb olunmuşdu və “Polymarket” proqnoz bazarları platformasında pul qazanmaq üçün məxfi məlumatlardan istifadə etmişdir,” – Nyu-York prokurorluğunun bəyanatında bildirilib.

Ədliyyə Nazirliyi ona məxfi dövlət məlumatlarından şəxsi məqsədlər üçün qanunsuz istifadə, qapalı hökumət məlumatlarının oğurlanması, əmtəə fırıldaqçılığı, elektron rabitə vasitələrindən istifadə etməklə fırıldaqçılıq, eləcə də qanunsuz maliyyə əməliyyatı həyata keçirmə ittihamlarını irəli sürüb. Onu çoxillik həbs cəzası gözləyir.

“İddialara görə, söhbət qanuni hərbi əməliyyatdan mənfəət əldə etmək üçün öz mövqeyindən istifadə etmiş ABŞ hərbçisindən gedir,” – FTB direktoru Kaş Patel bildirib.

Xatırladaq ki, ABŞ lideri Donald Tramp yanvarın 3-də Venesuelada uğurlu əməliyyat keçirdiyini bildirmişdi. O qeyd edib ki, Bolivar Respublikasının prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores ələ keçirilərək ölkə ərazisindən çıxarılıblar.

İki gün sonra, yanvarın 5-də Maduro həyat yoldaşı ilə birgə ittihamların irəli sürülməsi üçün Nyu-York məhkəməsi qarşısına çıxıb. Məhkəmədə o, təqsirsiz olduğunu bildirib və hələ də öz ölkəsinin prezidenti olduğunu əlavə edib. ABŞ məhkəməsi Venesuela konsulluq işçilərinin ziyarətini təyin etməyə razılıq verib.

Maduro və onun həyat yoldaşının işi üzrə ikinci iclas 26 mart 2026-cı ildə Nyu-York federal məhkəməsində hakim Elvin Hellerstaynın sədrliyi ilə keçirilib.

 

Paraqraf.com 

Loading

Visited 4 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İspaniyanın NATO-dakı üzvlüyü müvəqqəti dayandırıla bilər
Next: Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

OXŞAR MÖVZULAR

cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

admin 24 Aprel 2026
ZZZ996h8jGTZwXo6wZCgl2oGUIChmjskhzq20zxs_1200

Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub

admin 24 Aprel 2026
dwB9nbiBVja2SvEf8rfsiOp9hFFrK3Jmkfkrokp1_1200

İspaniyanın NATO-dakı üzvlüyü müvəqqəti dayandırıla bilər

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir” IMG_5918

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir”

24 Aprel 2026
Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

24 Aprel 2026
Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

24 Aprel 2026
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

24 Aprel 2026
Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub ZZZ996h8jGTZwXo6wZCgl2oGUIChmjskhzq20zxs_1200

Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub

24 Aprel 2026
Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır PSie4IoDPPbOdlJGWzexR8neGfBjcyfEeIS1IbIz_1200

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.